
Sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku” keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar və qızlar olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Gənc oğlanların olimpiya çəki kateqoriyaları:
-48 kq, -55 kq, -63 kq, -73 kq, +73 kq
Gənc qızların olimpiya çəki kateqoriyaları:
-44 kq, -49 kq, -55 kq, -63 kq, +63 kq
Yarışda ümumilikdə 35 klubdan 145 idmançı iştirak edəcək.
Yarışda açılış mərasimi saat 17.00-da olacaq. Açılış mərasimində rəsmi və bədii hissə nəzərdə tutulub. Ardınca final qarşılaşmaları və daha sonra mükafatlandırma mərasimi olacaq.
11400 oxunub