"İstanbulda Azərbaycan qadın sahibkarlığını təmsil etmək mənim üçün qürur idi" -Fotolar


"Bugünlərdə İstanbulda keçirilən Oktan Türk Təşkilatının təqdimat mərasimində iştirak etmək və Azərbaycan qadın sahibkarlığını təmsil etmək mənim üçün böyük qürur idi.
Bu yeni qurum türk dünyasının ortaq dəyərlərini, sahibkarlıq potensialını və qadınların gücünü bir araya gətirmək baxımından önəmli bir platformadır". 
Bu sözləri AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayevə deyib.

O bildirib ki, tədbirdə müxtəlif ölkələrdən olan iş adamları, alimlər, qadın liderlər və sənətkarlarla tanış olub gələcək əməkdaşlıqlar üçün gözəl əlaqələr qurduq.

"Qadınlara və gənclərə yönəlmiş sosial layihələrin əsas prioritetlər arasında olduğunu eşitmək isə ayrıca sevindirici oldu.
Türk dünyasında birliyin və qadın sahibkarlığının gücləndirilməsi yolunda bir addım daha  atıldı",-deyə Səkinə Babayeva bildirib.


9875 oxunub