RAİ rəhbərliyi Mübariz İbrahimovun xatirəsini yad edib -FOTOLAR


Bu gün Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Ümumdünya Azərbaycan Mədəniyyəti Fondunun (ÜAMF) prezidenti Fizuli Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya regionlarına səfər proqramı çərçivəsində Tula vilayətindəki "Mübariz" döyüşçü-idman klubunda olub.  
Görüş zamanı Fizuli Məmmədov klubun aylıq icarə haqqını öhdəsinə götürməklə bərabər,  "Mübariz" klubu üçün ayırdığı maddi vəsait sertifikatını məşqçi Xalid Rzayevə təqdim edib. "Cəsarət simvolu olan Mübarizin adını daşımağın məsuliyyəti ikiqatdır", - deyən diaspor rəhbəri, əlavə edib ki, o vətənpərvərlər üçün hər cür dəstəyə hazırdır. 

Daha sonra RAİ-nin nümayəndə heyəti və yerli diaspor üzvləri Tuladakı "Döyüş qardaşlığı" abidəsini ziyarət ediblər. Vətən uğrunda həlak olan rusiyalılarla bərabər  Mübariz İbrahimovun da xatirəsini anılıb.

Diaspor rəhbəri Fizuli Məmmədov Tula vilayətində yaşayan həmyerlilərimizlə görüşü zamanı Mübariz İbrahimovun qəhrəmanlığı barədə danışıb, Milli Qəhrəmanımızın qəlblərdə daim yaşayacağını bildirib.

12647 oxunub