Cəsarət Əhmədov Avropa çempionatında medal qazanan idmançıları mükafatlandırıb- -FOTOLAR


Azərbaycan Qol Güləşi Federasiyasının  prezidenti Cəsarət Əhmədov Avropa çempionatından qayıdan yığma komandanın üzvlərini mükafatlandırıb.
Belə ki, qol güləşi üzrə Azərbaycanın yığma komandası Moldovada keçirilən XXXII Avropa çempionatında çıxışını uğurla başa çatdırıb. İdmançılarımız çempionatda 5 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə, 8 medal qazanaraq, iyunun 13-də Vətənə qayıdıblar. Bu münasibətlə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov yığma komandanın üzvləri ilə görüşüb. Federasiya prezidenti idmançıları pul mükafatı və "İronmaxx” idman qidaları ilə mükafatlandırıb.


6836 oxunub