Röya Ayxan: "Doğma torpağımın təmsilçisinə uğurlar arzulayıram"


"Qarabağ”ın "Bayer”lə oyunda yenidən bizə sevinc yaşadacağına inanıram.

Bu sözləri AzərTAC-a açıqlamasında Xalq artisti Röya Ayxan "Qarabağ” komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Almaniya "Bayer"inə qarşı keçirəcəyi görüşlə bağlı danışarkən deyib.

Əslən Ağdam rayonundan olan Xalq artisti doğma yurdunun komandasına inandığını bildirib: "Qarabağ” böyük sınaqlardan çıxıb, mübarizə aparıb və hər zaman bizi sevindirib. Bu klub üçün sevinc göz yaşları axıtmışıq, səsimiz batanadək "Qarabağ” deyib bağırmışıq. Qurban Qurbanovun kollektivinin yenidən bizə bu xoşbəxtliyi yaşadacağına inanıram. Bu komandaya qələbə yaraşır. Düzünü desəm, rəqib haqqında geniş informasiyaya sahib deyiləm. Dostlarımla və ailəmlə böyük oyunları izləyirik. Lakin "köhlən atlar”ın matçları tam fərqli olur. Doğma torpağımın təmsilçisinə uğurlar arzulayıram”.

Qeyd edək ki, "Qarabağ” "Bayer”i bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.


12650 oxunub