
Türk Dünyası Gənc Yazarlarının (TDGY) I Bakı Forumu keçiriləcək. Bu barədə DGTY Birliyinin sədri İntiqam Yaşar bildirib. Məlumatda bildirilir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı Forumu" layihəsi davam edir və layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.
Qeyd edilir ki, layihə çərçivəsində 4 oktyabr tarixində Bakıda "Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni", 5 oktyabr tarixində isə Türk Dünyası Gənc Yazarlarının I Bakı Forumu keçiriləcək.
Tədbirlərdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər. İştirakçılara layihə çərçivəsində Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət çap olunmuş kitab təqdim olunacaq.
Məlumat üçün qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyidir.
13206 oxunub