Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar veloyürüş- Fotolar


Paytaxt Bakıda Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar veloyürüş təşkil olunub.

Veloyürüşə müxtəlif dövlət və özəl qurumların əməkdaşları, könüllülər, peşəkar və həvəskar velosiped sürücülərindən ibarət 100-dən artıq iştirakçı qoşulub.

İştirakçılar "Dəniz Mall” ticarət mərkəzi - Bakı Su İdmanı - Dəniz Mall” ticarət mərkəzi marşrutu üzrə velosiped sürüblər.

Qeyd edək ki, veloyürüş Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçirilib.


11835 oxunub