
Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən "Albania Open” turnirində 14 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, bunlardan 5-i qızıl, 2-si gümüş, 7-si bürünc medaldır.
Qeyd edək ki, ötən gün start götürən yarışa sentyabrın 29-da yekun vurulacaq.
11663 oxunub