"Avstriya Azərbaycanlıları Cəmiyyəti " Zəfər Bayramını qeyd edəcək


"Avstriya Azərbaycanlıları Cəmiyyəti " Zəfər Bayramını qeyd edəcək. Bu barədə  cəmiyyətin rəhbəri Fərid Məşədiəzizli bildirib. O, qeyd edib ki, hər il olduğu kimi, bu il də Zəfər Bayramını qeyd edəcəklər. "Bunun üçün aylar öncə hazırlıqlara başlamışıq. Bu gün bizim üçün, ilk növbədə, əziz şəhidlərimizin müqəddəs xatirəsinə olan borcdur. Qərib ölkədə olmağımıza baxmayaraq, bu bayramı qeyd etmək gələcək nəsillərə onun əhəmiyyətini çatdırmaq baxımından da vacibdir. Bununla yanaşı, düşmənlərimiz də bizim qürurumuzu və birliyimizi görməlidir",- deyə cəmiyyət rəhbəri əlavə edib.

Qeyd edək ki, Zəfər Günü konserti  10 noyabr, 2024-cü il, saat 13:30-da Niderlandın Haaqa şəhərində, de Vaillant Teatrında olacaq.



13989 oxunub