Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Rəqsin rəmzi” sərgisi- Fotolar



Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının süni intellektlə sənəti birləşdirdiyi "Rəqsin rəmzi” adlı sərginin açılışı olub.

Sərgidə Azərbaycan motivləri ilə işlənmiş əsərlər tətbiq vasitəsilə hərəkətli təsvirlərə çevrilmişdir. Bundan əlavə, bəzi əsərlər yerli musiqi motivlərinin müşayiəti ilə təqdim edilib.

İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Nabat Qaraxanova Vyanada keçirilən sərgi haqqında məlumat verib. O, burada süni intellekt və incəsənətin birləşdiyini qeyd edərək, dünyanın müxtəlif yerlərində oxşar sərgilər təşkil etdiklərini bildirib.İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Qarabağın qədimdən Azərbaycan üçün incəsənət və mədəniyyət baxımından çox əlamətdar bir yer olduğunu vurğulayıb. Bu bölgədən bir çox məşhur rəssamlar çıxıb, ona görə də canlandırdıqları ilk süni intellekt rəssamını "Şuşa xanım” adlandırıblar.

İstanbul Rəqəmsal İncəsənət Festivalının bədii rəhbəri Esra Özkan sərgilənən əsərlərin süni intellektdən istifadə olunmaqla hazırlandığını, çoxşaxəli və uzunmüddətli zəhmətin məhsulu olduğunu qeyd edib. 

5791 oxunub