Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Latviyanın paytaxtı Riqa şəhərində keçirilən "Riga City Council’s Youth Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, U-13 yaş kateqoriyasında mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.
Azərbaycan millisi beynəlxalq yarışa 16 idmançı ilə qatılıb.
Turnirə oktyabrın 27-də yekun vurulacaq.
5430 oxunub