
Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənc oğlanlar arasında çıxış edən milli komandamızın üzvləri Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara layiq görülüblər.
Xatırladaq ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanmışdı.
4330 oxunub