
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Kollektiv çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında 21.250 xal toplayaraq Estoniya yığmasına qalib gəlib.
Ukraynanı 23.900 xalla üstələyən Bolqarıstan qızıl, Gürcüstanı 22.300 xalla məğlub edən İtaliya yığması isə gümüş mükafata yiyələnib.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulur.
4801 oxunub