Qrup gimnastlarımız Avropa Kubokunda iki medal qazanıb -Fotolar



Azərbaycanın qrup hərəkətləri komandası bədii gimnastika üzrə Avropa Kubokunda iki medal qazanıb.

Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda iki bürünc medal qazanıb.

Belə ki, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət kollektiv 5 halqa və 5 gürz proqramlarının hər birində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

3503 oxunub