
Bu gün Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilikdikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.
Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.
Məktəb şagirdlərinin yarışı və gimnastların xüsusi çıxışı tədbirə rəng qatıb.
3624 oxunub