İstanbulda keçirilən Avropa Kubokunda cüdoçularımız 7 medal qazanıb


İstanbulda keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb. Yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal qazanıblar.

90 kiloqram çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda cüdoçumuz Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.

Mehdi Abbasov (81 kiloqram), Ramazan Əhmədov (+100 kiloqram) və Xədicə Qədəşova (-52 kiloqram) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kiloqram) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kiloqram) isə bürünc mükafata sahib olublar.

Ümumilikdə, Azərbaycan yığması Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vuraraq 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

3709 oxunub