
Azərbaycan Velosiped Federarasiyasının yeni prezidenti Zaur Axundov bildirib ki, ona bəslənən ümidləri doğrultmaq niyyətindədir.
O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib: "Məqsədimiz velosiped idmanını ən yüksək zirvələrə qaldırmaq və Azərbaycan təmsilçilərini beynəlxalq yarışların podiumlarında görməkdir. Turnirlərdə uğurlu nəticələr qazanmaq hədəfindəyik. Bu sahədə olan mütəxəssislərin perspektivliyini artırmaq üçün çalışacağıq. İstəyirik ki, məhz ölkəmizdən bu sahəni bilən və sevən adamlar daha çox olsun. Planlarımız qarşıdadır. Addım-addım bunları həyata keçirməyə başlayacağıq. Velosiped idman növünü populyarlaşdırılmasına davam edəcəyik".
Azərtac
2819 oxunub