“Sport Time” jurnalının təqdimat mərasimi


Ölkəmizdə idmanın inkişafına xidmət göstərən "Sport Time” jurnalının təqdimat mərasimi keçirilib. Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abıyev, jurnalın baş redaktoru Jalə Rzabəyli və idman və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. MOK-un baş katibi Ağacan Abıyev çıxış edərək jurnalın fəaliyyətinin ölkəmizin idman siyasətinə, idmanın inkişafına dəstək olduğunu bildirib. O, Azərbaycanda idmanın inkişafından danışıb, ölkəmizin dünyanın idman mərkəzlərindən biri olduğunu vurğulayıb. Ağacan Abıyev "Sport Time” jurnalının kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.



"Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəyli jurnalın fəaliyyət istiqamətləri, burada yer alan məqalələr, rubrikalar haqında məlumat verib. O, qeyd edib ki, "Sport Time” jurnalının son buraxılışı
2016-cı ilin idman yekunlarına hərs edilib. Onun sözlərinə görə, jurnalda dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin ilin idman yekunlarına dair çıxışı, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclər siyasətinə aid nitqi, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin keçirdiyi görüş və idman ictimaiyyətinin tanınmış simaları barədə maraqlı məqalələr dərc olunub. Baş redaktor jurnalda gimnastika, taekvondo, ağır atletika, atıcılıq, cüdo, kikboksinq və qol güləşi federasiyalarının 2016-cı ildə qazandıqları nailiyyətlərə də yer ayrıldığını deyib. Daha sonra MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış edib. O, "Sport Time” jurnalının uğurla fəaliyyət göstərdiyini, ölkəmizin idman yeniliklərini, aktual mövzuları işıqlandırdığını diqqətə çatdırrıb. Xəzər İsayev jurnalın uğurlu fəaliyyətinin davamlı olmasını arzulayıb.
"Sport Time” jurnalına aid videoçarxa baxıldıqdan sonra idman ictimaiyyətinin nümayəndələri nəşr haqında fikirlərini bildiriblər.







Ağacan Abiyev: "İdmanın təbliğində "Sport Time” jurnalının rolu əvəzsizdir"
"İdmançıların uğur qazanmasında medianın böyük rolu var. Bizə göstərdiyiniz dəstəyə görə media nümayəndələrinə təşəkkürümü bildirirəm. İdmana həsr olunan bu jurnal çox gözəl təşəbbüsdür. İdmanın təbliği və idmançıların cəmiyyətə tanıdılmasında "Sport Time” jurnalının rolu əvəzsizdir. Jurnalın rəhbərliyinə işlərində uğurlar diləyir, daim nailiyyətlər arzu edirəm. Azərbaycanda bütün idman növləri inkişaf edib. Dünyada idman ölkəsi olduğumuzu artıq sübut etmişik. Belə bir jurnalın çap edilməsi mütləqdir və sevindirici haldır ”



Zemfira Meftəhətdinova: "İstəyirəm biləsiniz ki, mən sizin xətrinzi olduqca çox istəyirəm”
"Mən jurnalın bütün kollektivinə, əsasən, dərginin baş redaktoru olan Jalə xanıma daim uğurlar arzulayıram. Biz Jalə xanımla artıq neçə ildir ki, gözəl dostuq. Bizim səmimi münasibətlərimiz var. "Sport Time ” yarandığı gündən biz idmançıların yaxın dostuna çevrilib. Siz mediya nümayəndələrindən hər zaman özümə qarşı gözəl münasibətin şahidi olmuşam. Jurnalın dizaynını və maraqlı məqalələrini çox bəyənirəm. Arzu edirəm ki, "Sport Time” uzun 650 ömürlü olsun və idmançıların qələbələrini daim işıqlandırsın. Jurnalın redaktoru olan gənc tələbə, bacarıqlı atıcı Fidan xanıma da gələcək karyerasında uğurlar diləyirəm. Mənə göstərdiyiniz diqqət üçün şəxsən sizə təşəkkür edirəm. İstəyirəm biləsiniz ki, mən sizin xətrinzi olduqca çox istəyirəm. Uğurlarınız hər zaman bol olsun "Sport Time”ın əziz kollektivi ”


İlham Zəkiyev: "Dərginin bütün saylarında özümə qarşı hörmət, diqqət görmüşəm”
"Sport Time” jurnalında Milli Paralimpiya 
Komitəsinin fəaliyyəti və şəxsən mənlə bağlı çox sayda yazılar yazılıb. Demək olar ki, dərginin bütün saylarında özümə qarşı hörmət, diqqət görmüşəm. Jurnalın "Milli geyim , milli ruh” rubrikasının ilk qonağı da mən idim. Jalə xanım gördüyü işləri yüksək səviyyədə ortaya çıxaran peşəkar jurnalistdir və hər zaman yeniliklər etməyi sevir. Biz yenə də jurnal rəhbərliyindən belə yeniliklər gözləyirik. Mən "Sport Time” jurnalına uzun ömür, kollektivinə isə bol uğur arzulayıram. Onu da deyim ki, jurnal vətənpərvərlik mövzusuna da geniş yer ayırır və redaktor Fidan Türk Azərbaycanln vətənpərvər və layiqli gənclərindəndir. Tədbirdə iştirak etməkdən və sizinlə görüşməkdən böyük zövq aldım. Bir daha hər birinizə yeni nailiyyətlər, bol uğurlar arzulayıram”
 


Xəzər İsayev: " "Sport Time” jurnalının nəşr olunması olduqca zəruri və gözəl addımdır”
"İki il öncə Jalə xanımla söhbət edərkən belə bir jurnalın ərsəyə gətirmək istədiyini dedi. Mən də idman içtimaiyyətinin yeni bir jurnalı maraqla qarşılayacağına əmin olduğumu bildirdim və bu işdə ona uğurlar arzu etdim. Uğurlu jurnalistika fəaliyyətinə bələd olduğum Jalə Rzabəylinin bu işi də bacaracağından şübhəm yox idi. O zaman Jalə xanım Milli Olimpiya Komitəsinin rəsmi orqani olan "Olimpiya dünyası”nda çalışırdı və idmana yaxından bələd olana idman yazarı idi. Artıq bu söhbətdən iki il keçib və cəmi iki il ərzində "Sport Time” jurnalı öz dəsti-xətti ilə sevilib. Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və dünya dövlətləri arasında seçilir. İdmanın tədbiğatı, bu sahəyə göstərilən diqqət isə getdikcə artmaqdadır. Belə bir zamanda "Sport Time” jurnalının nəşr olunması olduqca zəruri və gözəl addımdır. Mən də öz növbəmdə jurnalın baş redaktoru Jalə xanıma və kollektivə dail sevilib-seçilməyi arzu edirəm. Uğurlarınız daim bol olsun ”








3323 oxunub