“Ejla” çörəyi-süfrəmizin dadlı neməti!


Həkimlər belə hesab edirlər ki, sağlam qidalanmanın bir hissəsi olaraq çörək gündəlik rasionumuzda mütləq olmalıdır. Lakin söhbət təmiz və keyfiyyətli çörəkdən gedir. Mağazalarda müxtəlif növdə və qiymətdə olan çörəklər var ki, onların çox az növündən alıcılar razı qalır. Çörəyin dadı və keyfiyyəti isə onun necə hazırlanmasından asılıdır.

Çörəyin tərkibində orqanizm üçün mühüm olan bir çox maddə və elementlər var. Bunlar amin turşuları, karbohidratlar, vitaminlər, zülallar, yağlar və digər başqa elementlərdir. Məhz bu tərkibinə görə bu qida məhsulunu rasiondan çıxarmaq düzgün hesab olunmur. Bu baxımdan, böyük zəhmət və sevgi ilə hazırlanan dadlı və ekaloji cəhətdən təmiz olan "Ejla” çörəklərindən rahatlıqla istifadə edə bilərsiniz. 10 ildir əhalinin sağlamlığına çalışan, insanları yüksək keyfiyyət və xüsusi dadla təmin edən "Ejla” süfrənizin bəzəyi və ailənizin ən doğru seçimidir.Qeyd edək ki, keyfiyyəti və dadı ilə seçilən "Ejla” çörəkləri bir neçə növdə istehsal olunur. "Ejla” çörəklərini şəhərimizin marketlərindən əldə edə və sifariş verə bilərsiniz.

Şübhəsiz ki, hər bir ailə başçısı övladlarının və bütün sevdiklərimizin sağlam qida ilə təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, "Ejla” ən faydalı çörəklərdən hesab olunur. Sağlam yaşamaq istəyiriksə, seçimimizdə mütləq keyfiyyətə üstünlük verməliyik.

Bəs, "Ejla” çörəyinin sirri nədədir?

Qeyd edək ki, "Ejla” çörəyi qədim ənənə olan acıtma və dəmləmə üsulu ilə hazırlanır.Çörək heç bir əlavə qatqı qatılmadan, təbii xammal ilə bişirilir.Qədimdə olduğu kimi çörəyin hazırlanması bir neçə mərhələdən keçir.Çörəyin acıtma prosesi zamanı bir çox vitaminlər əmələ gəlir ki, bu da orqanizmin sağlamlığı üçün olduqca vacibdir. "Ejla” çörəyinin istehsalı zamanı heç bir kimyəvi üsuldan, yaş mayadan istifadə olunmur. Çörəyin olduqca dadlı olmasının səbəbi sənaye üsulu ilə deyil, əl əməyi və sevgi ilə hazırlanmasındadır. "Ejla” çörəyinin ərsəyə gəlməsi üçün 36 saatdan çox vaxt lazım olur.Sevgi və yüksək peşəkarlıqla hazırlanan, xüsusi dada malik olan "Ejla” çörəyi ətri və yüksək qida dəyərinə görə daim seçilir.


33105 oxunub