Bu günlərdə Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının iclası keçirilib.

Səsvermə nəticəsində Fəridə Əzizova (taekvondo) 2025–2028-ci illər üçün Komissiyanın sədri seçilib.

Komissiyanın yeni tərkibinə taekvondo üzrə Fəridə Əzizova, cüdo üzrə Leyla Əliyeva, atıcılıq üzrə İradə Aşumova, güləş üzrə Hacı Əliyev, Rafiq Hüseynov və Rəsul Çunayev, atletika üzrə Nazim Babayev, üzgüçülük üzrə Fatimə Alkərəmova daxildir.

İclasda həmçinin Komissiyanın gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.


10349 oxunub