"Cənab Prezidentlə çox səmimi söhbətimiz heç zaman xatirimdən çıxmayacaq" -İbad Hüseynov


"9 oktyabr mənim anlamımda əlamətdar hadisələrin təsadüf etdiyi tarixi gündür. 1994-cü ilin bu günü Ulu Öndər Heydər Əliyev məni "Azərbaycan Bayrağı" ordeni ilə mükafatlandırdı. 2020-ci ilin 9 oktyabr tarixində 44 günlük Vətən Müharibəsində mənim doğulub, boya-başa çatdığım Xocavənd rayonunun Hadrut qəsəbəsi erməni işğalından azad edildi. Hadrutun alınması az sonra Qarabağın tacı-Şuşa şəhərinin azad edilməsi və müharibənin başa çatması üçün hərbi-siyasi strategiya baxımından açar rolunu oynamış oldu". Bu fikirləri sosial səhifəsində Milli Qəhrəman İbad Hüseynov bildirib.
 O, əlavə edib ki, 9 oktyabr tarixini mənim üçün yaddaşdan silinməz edən digər mühüm hadisə 2021-ci ilin bu günü Xocavəndin erməni işğalından azad edilməsi münasibətilə təşkil edilən və cənab Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirə rayonumuzun yeganə Milli Qəhrəmanı kimi mənim də dəvət olunmağım oldu. "Cənab Prezidentlə çox səmimi söhbətimiz və çəkilən xatirə şəkilləri heç zaman xatirimdən çıxmayacaq. Etiraf edim ki, yuxarıda sadaladığım hadisələr və bunlardan aldığım təəssürat heç zaman məni tərk etməyib",-deyə
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli bildirib.

9592 oxunub