
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatında yüksək nəticələrlə yadda qaldı.
Ravin Alməmmədov (79 kiloqram) birdən qaldırmada bürünc, təkanla qaldırmada qızıl medala sahib çıxaraq toplamda Avropa birinciliyinin qalibi olub.
Birdən və təkanla qaldırma hərəkətlərinin icrasında 2 gümüş mükafata yiyələnən Tehran Məmmədov (64 kiloqram) isə toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
7110 oxunub