Cəsarət Əhmədov: “Vətənpərvər insanlar hər zaman cənab Prezidentin yanındadırlar”


"Allaha inam, Vətənə sevgi, Xalqa xidmət, Ölkə Prezidentinə sədaqət! Bu şüar Vətənini, torpağını sevən hər kəsin qəlbində olmalıdır! Möhtərəm Prezidentimizin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdəki çıxışı qəlbində sonsuz Vətən sevgisini necə yaşatmaq lazım olduğunu bir daha hər kəsə göstərdi”. Bu sözləri Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov bildirib. Federasiya prezidenti əlavə edib ki, cənab Prezidentin bu sözləri isə erməni liderinə kəskin cavab oldu: "Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Cəsarət Əhmədov əlavə edib ki, Vətənə təmənnasız xidmət edən vətənpərvər insanlar hər zaman cənab Prezidentin yanındadırlar!



16229 oxunub