“IronMaxx” idman qidalarının satışı üçün mağaza açılıb-FOTOLAR


Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) rəsmi distribüteri olduğu Almaniyanın yüksək keyfiyyətli idman qidaları istehsalçısı "IronMaxx” məhsullarının satışı üçün mağaza açıb. Mağazanın açılışında çıxış edən AQGF prezidenti Cəsarət Əhmədov bildirib ki, bundan sonra bütün idmançılarımız, eləcə də idmanla həvəskar kimi məşğul olan gənclər yüksək keyfiyyətli idman qidalarını mağazadan əldə edə biləcəklər.
Qeyd edək ki,"IronMaxx” idman qidaları təbii tərkibi ilə seçilir. Bu məhsullara vitamin kompleksləri, arıqlamaq və kökəlmək üçün olan yüksək keyfiyyətli tərkiblər daxildir. 

11881 oxunub