Üzgüçülük üzrə milli komanda yenidən müəyyənləşəcək-FOTOLAR


Üzgüçülük üzrə yığma komandamız Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirir. Fevralın 16-dan-dan başlayan hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirir. 
Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına verdiyi məlumata görə, əsas komandaya cəlb olunan üzgüçülər martın 10-11-də Bakı Su İdman Sarayında test yarışlarında iştirak edəcək. Bu yoxlama yarışları yekunlaşdıqdan sonra milli komandanın əsas və ehtiyat üzvləri müəyyənləşəcək.
Qeyd edək ki, üzgüçülük üzrə Azərbaycan yığma komandasının Mingəçevir Kür Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı martın 3-də yekunlaşacaq.

4221 oxunub