Atıcılar daha bir növdə mükafatlandırılıb


Bakıda atıcılıq üzrə dünya kuboku yarışları sona yaxınlaşır.
Beləliklə, daha bir növdə mükafatçılar bəlli olub. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsində finalda yarışan 6 nəfərdən üçüncü yeri almaniyalı Florian Peter tutub. O, mərhələni 27 xalla başa vurub. Gümüş medalı Fransa təmsilçisi Klemen Besua əldə edib. O, 32 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. İdmançı 33 xal toplayaraq bütün rəqiblərini üstələyib. 




4468 oxunub