Qərbi Azərbaycana Qayıdış Festivalı keçiriləcək -III Festival-Konqres


Naxçıvan Dövlət Universtetinin rektoru Elbrus İsayev sosial platformasından paylaşım edib. Paylaşımda bildirilir ki, Qərbi Azərbaycana Qayıdış ideyasını yaşadan tədbirlər silsiləsi davam edir.

Sporttimemagazine.az-ın məlumatına görə, əhali Qərbi Azərbaycana Qayıdış Festival və Konqresinin ictimaiyyətə açıq tədbirlərində iştirak edə biləcək. 

Məlumatda bildirilir ki, bu mühüm təşəbbüsün ilk tədbiri Naxçıvan şəhərində, ikinci görüşü isə füsunkar Batabat yaylağında baş tutub. İndi isə növbəti dayanacaq - Zəngəzur dəhlizi üzərində yerləşən qədim və zəngin tarixə malik Ordubad şəhəridir.

Konqres hissəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irsimiz və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.
Panel müzakirələri və elmi məruzələr proqramın əsas hissəsini təşkil edəcək.

Festival hissəsində isə milli-mədəni dəyərlərimizi əks etdirən təqdimatlar, incəsənət nümunələri və birlik ruhu ön planda olacaq.

Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək.



6699 oxunub