Salzburqdakı "Azərbaycan Evi"ndə Hacı Şahin barədə film nümayiş olunub-FOTOLAR


Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"ndə Azərbaycanın dəyərli din xadimi mərhum Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunan gecə keçrilib. 
Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov Hacı Şahinlə bağlı xatirələrindən danışıb. Salzburq şəhəri "Əhli-Beyt məscidi"nin rəhbəri Hacı Cəfər Oruc da Hacı Şahinin Azərbaycan üçün dəyərindən söz açıb. Qonaqlar arasında Avstriyalı siyasətçi "SPÖ" partiyasının üzvü, Salzburq şəhərinin bələdiyyə müşaviri Tarık Mete və digər siyasətçilər birlik və bərabərliyin vacibliyindən bəhs ediblər. Salzburq şəhəri "Əhli-Beyt məscidi"nin imam cüməsi Hacı Əli mərhum Hacı Şahin Həsənlinin ruhuna Qurandan ayələr oxuyub. 
Daha sonra geniş ekranda ssenari müəllifi  Pərviz Məmmədov, quruluşçu rejissor  Elçin Ağazadənin ərsəyə gətirdikləri "Hacı" filmi ilk dəfə nümayiş etdirilib, mərhumun ruhuna ehsan verilib. 


16387 oxunub