"Azərbaycan Atabəyləri" filminin qalası -FOTOLAR



Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, "Şahdağfilm” və Türkiyənin "İkinciYeniFilm”, "Patik Prodüksiyon” və "Ernet Grup” prodakşınlarının birgə iştirakı ilə "Azərbaycan Atabəyləri" adlı tarixi bədii-sənədli film çəkilib.
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində filmin qalası keçirilib.
Film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yolundan bəhs edir. 

Film dekabrın 5-dən kinoteatrlarda nümayiş olunacaq.

4702 oxunub