“Fotoların dili ilə" rubrikası


Çüdoçumuz Nicat Şıxəlizadə beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruyan idmançılardandır. O, gənclər arasında Avropa və dünya çempionu, böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı və bir sıra nüfuzlu yarışların qalibidir. Dünyanın ən mötəbər yarışı sayılan Olimpiya oyunlarının da iştirakçısı olan Nicat ölkə başçımızın da diqqətindən kənarda qalmayıb. Gənc cüdoçumuzun qazandığı qələbələr onun gərgin əməyinin, inamının və əzminin göstəricisidir. Nicat Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində doğulub. Məktəbi əla qiymətlərlə oxuyub. Riyaziyyat və cəbr onun ən çox sevdiyi fənn olub. Ailəsi gimnastika ilə məşğul olmağını istəsə də o, cüdo və güləşə maraq göstərib, bir gün tanınmış cüdoşu olacağına böyük inam bəsləyib. Elə o inam və əzm sayəsində bu gün Nicat Şıxəlizadə tanınmış cüdoçular sırasındadır. Nicatla jurnalımızın növbəti saylarında maraqlı müsahibə yer alacaq. Bu gün isə Nicatı oxuçularımıza "Fotoların dili ilə" rubrikamızda  təqdim edirik...
 

3354 oxunub