XƏBƏRLƏR

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında paracüdoçumuz İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

Yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə İspaniyanı təmsil edən Garros Suarez üzərində ipponla qələbə qazanan paracüdoçumuz Avropa çempionu tituluna sahib olub.

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

1446 oxundu