“Şuşa söhbətləri” il boyu davam edəcək-Tədbir- FOTOLAR


Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şuşa söhbətləri” adlı layihənin təqdimatı olub.
"Sport Time” dərgisinin məlumatına görə, tədbirdə nazirliyin
 media  və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında məlumat verib.O,

bildirib ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri ilə  görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.

Daha sonra mədəniyyət naziri Anar Kərimov çıxış edib. Nazir bildirib ki, "Şuşa söhbətləri" layihəsi "Şuşa İli"nə nəsr edilib: "Bu gün start verdiyimiz bu layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Şuşa İli" elan edilməsinə həsr olunub. Biz bütün  tədbirlərimizdə Şuşanı əsas xətt kimi təbliğ etməliyik. Onu da deyək ki,bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti bu şəhərin həm də Azərbaycanın mədəniyyət beşiyi olmasındadır”.
Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, ordumuza təşəkkür ediən nazir əlavə edib ki,”Şuşa söhbətləri” layihəsi Şuşanın dəyərini təbliğ etmək üçün gözəl vasitədir.”Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri,  tarixçiləri dəvət edəcəyik.İlboyu belə müzakirələrin keçirilməsi nəzərdə tutulub”.


Sonra "Şuşa söhbətləri” layihəsinin təqdimatı olub.
Tədbir müzakirə və çıxışlarla davam edib. Çıxış edənlər arasında tanınmış sənət adamları, Qarabağ qazisi, modelyer və şair qonaqlar olub. Tədbirdə Şuşanın görünüşü ilə bağlı təkliflər irəli sürülüb, maraqlı fikirlər səslənib.

Sporttimemagazine.az

8256 oxunub