Bu günlərdə Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən qol güləşi üzrə Dünya Kubokunda Azərbaycan komandası 3-cü yerə çıxıb.
Qeyd edək ki, nüfuzlu yarışda ölkəmizi qol güləşi üzrə Azərbaycan yığma komandasının əsas heyətinin üzvləri deyil, Litvada yaşayan azərbaycanlı tələbə-idmançılar təmsil ediblər. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun razılığı və dəstəyi ilə Vilnüsdə yaşayan Vüqar Babayev komanda yaradaraq Azərbaycan bayrağının kubokda dalğalanmasına nail olub. Dünya Kubokunda cəmi 4 idmançı ilə təmsil olunan Azərbaycan komandası ümumilikdə 5 medal qazanıb:
- Vüqar Babayev – 2 bürünc medal (110 kq çəki dərəcəsi, sol və sağ qollar);
- Cəmşid Rüstəmov – 2 bürünc medal (100 kq çəki dərəcəsi, sol və sağ qollar);
- Əmiraslan Mədətov – 1 bürünc medal (65 kq çəki dərəcəsi, sol qol).
80 kq-da çıxış edən Taleh Mirzəyev ilk üçlüyə daxil ola bilməyib. Dünya Kubokunun yekun nəticələrinə görə komanda hesabında medalların sayına görə sıralama aşağıdakı kimi olub:
I yer – Qazaxstan
II yer – Litva
III yer – Azərbaycan
16408 oxunub