Ramin Əzizov: "Biz tarixi nəticə qazandıq"


"Azərreyl"in əldə etdiyi nəticə Azərbaycan voleybolu üçün böyük uğurdur". Bu sözləri Fransanın Monpelye şəhərində keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandalarının prezidenti Ramin Əzizov jurnalistlərə açıqlamasında deyib.

O, yarışın çətin keçdiyini bildirib:  Biz tarixi nəticə qazandıq. Xalqımızın dəstəyini Fransada da hiss edirdik. Klub olaraq çox xoşbəxtik. Bundan sonra da öz uğurlarımızla Azərbaycan voleyboluna töhfə vermək niyyətindəyik".

Qeyd edək ki, "Azərreyl"in qadın komandası həlledici mərhələdə Ukraynanın "Sunrise Beach Spors Academy”i, kişilərdən ibarət kollektiv isə İspaniyanın "CVP Poniente Benidorm Alicante" klubuna qalib gəlib.



1144 oxunub