"Onlar gücün, sədaqətin, zərifliyin və qədim tarixin canlı simvoludur" -Fotolar



"Özbəkistanın Azərbaycanda keçirilən Mədəniyyət Günləri ölkələrimiz arasında əlaqələrin nə qədər sıx olduğunu və özbək mədəniyyətinin Azərbaycanda yaradıcı ziyalılar, tələbələr, alimlər və geniş ictimaiyyət arasında nə dərəcədə səmimi maraq doğurduğunu bir daha təsdiqləyir". 

Sporttimemagazine.az bildirir ki, bu sözləri ICESCO-nun Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə deyib. O,  vurğulayıb ki, bu gün Türk dünyasında vəhdətin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Bizi ortaq tarix, ortaq mədəniyyət və unikallıq, eləcə də ənənələrin zəngin müxtəlifliyi birləşdirir. ICESCO-nun Bakıdakı Regional Ofisi beş ölkə ilə - Azərbaycan və Mərkəzi Asiya dövlətləri olan Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanla əməkdaşlıq edir. Ölkələrimizin Türk və İslam dünyası çərçivəsində daha da sıx birləşdiyini görmək bizim üçün böyük qürur və şərəfdir”,-deyə Məryəm Qafarzadə qeyd edib.

"Bu anlardan həqiqətən böyük zövq aldım.Möhtəşəm Axaltəkə atları dünyanın ən qədim və ən nadir at cinslərindən biri, Türkmənistanın dəyərli milli sərvətlərindəndir. Onlar gücün, sədaqətin, zərifliyin və qədim tarixin canlı simvoludur. Bu gözəlliyi yaxından görmək və bu ruhu hiss etmək unudulmaz bir təcrübə oldu. Türkmən Alabay itləri də minilliklər boyu sürülərin qoruyucusu, ailənin isə etibarlı dostu olmuşdur. Gücü, qorxmazlığı  və sahiblərinə olan sədaqəti ilə tanınan Alabayları çox bəyəndim",-deyə Məryəm Qafarzadə hisslərini bölüşüb.

8186 oxunub