
Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bildirib ki, ildən-ilə paralimpiya oyunlara maraq artır.
Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti belə turnirlərin əhəmiyyətindən bəhs edib: "Uşaqlar üçün olduqca əhəmiyyətli yarışlardır. Çünki yeni nəsil yetişməlidir və bizi əvəz etməlidirlər. Biz bu uşaqlara inanırıq. Onlar gələcəyin titullu idmançıları olacaqlar, bayrağımızı beynəlxalq arenada dalğalandıracaqlar”.
İlham Zəkiyev valideynləri övladlarını idmana yönləndirməyə səsləyib: "Müraciət etsinlər. MPK-da olan mütəxəssislər onlarla məşğul olacaqlar”.
5623 oxunub