"Gənclər Azərbaycan dövlətinin əsas dayağı və aparıcı qüvvəsidir" -Millət vəkili



Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər Azərbaycan dövlətinin əsas dayağı və aparıcı qüvvəsidir. Onların ölkənin ictimai-siyasi, hərbi və mədəni həyatında fəal iştirakı müasir gənclər siyasətinin uğurlu nəticəsidir. Azərbaycan gəncliyi qazandığı nailiyyətlər və göstərdiyi qəhrəmanlıq nümunələri ilə xalqımızın qürur mənbəyinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilən gənclər siyasəti müstəqil Azərbaycanın bu günü və parlaq gələcəyi üçün möhkəm və etibarlı zəmin yaratmışdır.

Millət vəkili Xumar Məmmədova

7055 oxunub