
Fevralın 7-də cüdo üzrə U-17 yeniyetmələr arasında "İstedadların seçimi” turnirinin I turu start götürüb.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışa 72 klub və idman cəmiyyətindən ümumilikdə 14 çəki dərəcəsində olan 314 idmançı (270 oğlan, 44 qız) mübarizə qoşulub.
İlk yarış günündə 7 çəkidə 152 cüdoçu tatamiyə çıxıb. Qızlar -40 kq, -48 kq, -57 kq; oğlanlar isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qeyd edək ki, "İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Sunay Salamova (RKİM)
2. Rəvanə Əliquliyeva (Qəbələ Bakı)
-48 kq
1. Mədinə Hüseynova (Saray İK)
2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Səfurə İsmayılova (Qəbələ İK şəhər)
-57 kq
1. Səma Vəlizadə (Neftçi Sumqayıt)
2. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hənifə Qandaxova (Elxan İK)
3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)
Oğlanlar
-50 kq
1. Ülvi Cəlilzadə (Neftçi İK)
2. Rza Ayvazlı (Şağan OİK)
3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Nihat Novruzov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-60 kq
1. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Sinan Qənbərli (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Harun Sultanov (Sərhədçi İM)
3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-73 kq
1. Əli Əliyev (Neftçi Siyəzən)
2. Familhüseyn Əlizadə (Sərhədçi İM)
3. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
-90 kq
1. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Mehdi Məmmədli (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Qədir Umudəliyev (Qədiroğlu İK)
3. Munir Əlizadə (Atilla İK)
5455 oxunub