
Aprelin 9-da Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
İcraiyyə Komitəsinin iclasını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, İK üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şuranın yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.
İclasda Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medalları Olimpiya mükafatçıları yunan-Roma güləşi üzrə Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqomedova təqdim edilib.
1995 oxunub