Xəzərdən başlayan su səyahəti


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimində iştirak edib. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə paytaxtımızdakı Daş Salnamə Muzeyində start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:
-Hörmətli xanımlar və cənablar. Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir. İlk növbədə, İslam Həmrəyliyi İdman Federasiyasına və onun prezidenti cənab Abdullah bin Mosaad bin Əbdüləzizə və Federasiyanın bütün üzvlərinə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərara görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz cənab prezident, Sizin və rəhbərlik etdiyiniz Federasiyanın dəstəyini həmişə hiss etmişik və şadam ki, Siz bizimlə bərabər bugünkü mərasimdə iştirak edirsiniz. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq... Fürsətdən istifadə edərək, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və Komitənin sədri Mehriban Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm...




12757 oxunub