Prezident: “Hər kəs gücümüzü gördü”
"Öz bayrağımızı Şuşada və bütün başqa şəhər və rayonlarımızda ucaltdıq. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunma xəbərini verərkən çıxışında bildirib.
81710 oxunub