Tehranda Ulu Öndərin xatirəsinə turnir - FOTOLAR


Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə Tehranda akkreditə olunan diplomatik nümayəndəliklərdə çalışan diplomatların iştirakı ilə şahmat turniri və ağacəkmə aksiyası keçirilib. Məlumata görə, turnirdə Azərbaycan, Macarıstan, Polşa, Kenya, Qırğız və Rusiya diplomatları, BMT-nin İrandakı ofisinin və İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibliyinin əməkdaşları iştirak ediblər.

Məlumatda bildirilir ki,turnirə İranın Şahmat Federasiyasından dəvət olunmuş FİDE-nin "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Əmir Erfan Haşemi hakimlik edib.Turnir 12 oyunçunun iştirakı ilə, 5 tur olmaqla İsveçrə sistemi üzrə keçirilib və turnirin qalibləri müvafiq olaraq Azərbaycan, Polşa və Macarıstan diplomatları olublar. Qaliblər kuboklar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Turnirin ardınca Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən səfir Əli Əlizadə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana etdiyi misilsiz xidmətlərindən danışıraq, onun Azərbaycan dövlətini və xalqını tarixin çətin və sərt sınaqlarından başı uca çıxartdığını, güclü və müstəqil Azərbaycan dövlətini yaratdığını və ölkəmizin parlaq gələcəyinin təməlini qoyduğunu bildirib. Səfir Əli Əlizadə, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə, o cümlədən idman sahəsində də böyük nailiyyətlər əldə etdiyini vurğulamış, Azərbaycan şahmatçılarının da dünyanın ən güclü şahmatçıları sırasında olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən təşkil olunmuş şahmat yarışının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünü qeyd etməklə yanaşı, eyni zamanda idmana diqqətin artmasına və diplomatların asudə vaxtlarının səmərəli keçirilməsinə də şərait yaratdığını bildirmiş, yarışın qaliblərini təbrik edib.

Macarıstanın İrandakı səfiri, Tehranda akkreditə olunmuş Diplomatların Şahmat klubunun rəhbəri Zoltan Varga-Haszonits də çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı keçirilmiş turnirin çox maraqlı və yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə diplomatlar adından öz təşəkkürünü bildirib.

Tədbir xalq musiqilərimizin səsləndirilməsi və şam yeməyi ilə davam edib.


18990 oxunub