Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub


Bakıda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

Bakı İdman Sarayında təşkil olunan turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb.

Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alıblar.

Sonda qaliblərin mükafatlandırma mərasimi təşkil olunub. Yer tutanlar medal və diplomlarla təltif olunublar.

2621 oxunub