Çimərlik voleybolçularımız Latviyada gümüş medal qazanıblar -Fotolar



Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib. 8-9 fevral tarixlərində baş tutan yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cüt idmançı ilə (Məhəmməd Aslanlı, İbrahim Məmmədov və Heydər Məmmədli, Nəriman Bayramlı) çıxış edib. Olimpiya sistemi ilə keçirilən turnirdə komandamız uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli və Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı, İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək və çimərlik voleybolçularımız burada daha bir neçə turnirdə iştirak edəcəklər.

2461 oxunub