Taekvondoçularımız Antalyada qələbələr qazanır -Fotolar


Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) milli komandamızın üzvləri Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər. 
Federesiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, medala gedən yolda taekvondoçumuz Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

2223 oxunub