Bu gün Azərbaycan Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransı keçirilib. Daha sonra mətbuat konfransı baş tutub. Federasiya prezidenti Şahin Mövsümov bildirib ki,
bu idman növü daha çox Cənubi Koreyada inkişaf edib. Şahin Mövsümov baş məşqçinin bu ölkədən, yaxud da Türkiyədən gətiriləcəyini bildirib. "Əsas məqsədlərdən biri idmançılarımızın olimpiadaya lisenziya qazanmalarıdır. Bu idman növü bahalı idman sayılır. Çalışırıq ki, kamandan oxatma üzrə yeniyetmə və gənclər arasında yüksək nailiyyətlər əldə edəcək atletlər yetişdirək”.
Federasiya prezidenti milli komandanın artıq formalaşdığını bildirib. O, bundan sonra da bu istiqamətdə səylə çalışacaqlarını dilə gətirib. "Ölkəmizdə idmanın inkişafı üçün paytaxt Bakıda, eləcə də regionlarda hər bir şərait var. Düşünürük ki, həm də Olimpiya İdman Komplekslərinin imkanlarından istifadə edərək bu idman növünü inkişaf etdirə bilərik.
Eyni zamanda, regionlarda klubların yaradılması və gənclərin bu klublara yönəldilməsi üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Sporttimemagazine.az
18445 oxunub